Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Ç.Hüseynzadə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.