Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında bildirilib.
“Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri mina qurbanlarının sayı 340 nəfərə çatıb”, – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb. Həmçinin eyni gündə Şuşa rayonu ərazisində elektirik təsəfərrüfatı sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alıb.
Armenia-planted #landmines continue to pose a threat to human lives in Azerbaijan.
Today, two more Azerbaijani civilians were severely injured as a result of landmine explosion in Shusha and Fuzuli regions.
The number of victims since the end of 44-day war has reached 3️⃣4️⃣0️⃣ pic.twitter.com/8NnGgQqeR5
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 7, 2023
www.RIA24.az