Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə bəyanatını alqışlayıb.
Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib.
Delighted to welcome a major break through in 🇦🇲- 🇦🇿 relations as they issue a joint statement.
Welcome in particular release of detainees and unprecedented opening in political dialogue.
Establishing and deepening bilateral dialogue between sides has been a key objective of…
— Charles Michel (@CharlesMichel) December 7, 2023
www.RIA24.az