“Xəbəri eşidəndən sevincimizin həddi-hüdudu yoxdur. Əmin idim ki, prezidentimiz uşaqları orda qoymayacaq”.
Bu fikirləri erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun atası deyib.
O, sevincini prezident İlham Əliyevə təşəkkür edərək ifadə edib:
“Bir ümid işığı gözləyirdik, onu da prezidentimiz etdi. Minnətdarlığımızı bildiririk!”
Aqşin Bəbirovun atasının sözlərinə görə, oğlunun azadlığa çıxma xəbərini öyrəndikdən sonra qaçaraq evə gəlib.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az