Putin: “Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır”

Siyasət

Koronavirusdan sonra Rusiya və Azərbaycan arasında münasibətlər, xüsusən iqtisadi əlaqələr bərpa olunur. Bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

Prezident Vladimir Putin qeyd edib ki, Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır və bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

İki ölkənin koronavirusa qarşı mübarizədə getdikcə daha fəal əməkdaşlıq etdiyini vurğulayan Rusiya Prezidenti Moskva və Bakının Azərbaycanda vaksin istehsalın genişləndirilməsi üzərində işlədiyini bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir