“Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində məlumat yayıb.
“Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, – deyə məlumatda qeyd olunub.