Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilib.
Həmin bəndə əsasən, işəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) təqdim olunmasını təmin etməlidir.
www.RIA24.az