Türkiyənin müxtəlif ölkələrdə dünya sülhü üçün göstərdiyi səylərdən bəhs edən “Açarlar” (Anahtarlar) adlı qısametrajlı film ilk dəfə “TRT World Forum 2023”də nümayiş etdirilib.
Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Filmdə Ukrayna, Liviya, Afrika, Azərbaycan, Balkan ölkəri və Qəzzadakı münaqişələr həmin ölkələrdə yaşayan uşaqlar vasitəsilə izah edilib.
“Açar” metaforası ilə sülhə gedən yolun izah edildiyi qısametrajlı filmdə Türkiyənin münaqişələrin baş verdiyi və sülhün təmin edilməsində rol oynadığı ölkələrdə qoyduğu izlər açarlarla simvolizə edilir.
Filmin sonunda aralarında münaqişə yaşanan ölkələrin uşaqları Türkiyənin səylərini təmsil edən açarları saxlayaraq yardım əlini axtarmaq üçün bir araya gəlirlər.
“TRT World Forum”da təqdim olunan filmdə rol alan uşaqlar əllərindəki açarların birləşməsindən ibarət olan və tutacaq hissəsi “Türkiyənin yüzilliyi” şəklində olan açarı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediblər.
Mənbə: aa.com
www.RIA24.az