Səhnə könüllülərindir – FOTO

Siyasət


Dekabr ayının 5-dən etibarən başlayan və həyata keçiriləcəyi dövr ərzində ümumilikdə 10 mindən çox könüllünü əhatə etməsi nəzərdə tutulan “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutan layihə və tədbirlər qaldığı yerdən davam edir.

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həftənin beşinci günündə  “Mədəniyyət” istiqaməti üzrə növbəti layihə, “Səhnə könüllülərindir!” adlı yaradıcılıq gecəsi baş tutub. Yaradıcılıq gecəsində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev iştirak ediblər. Natiqlər ümummilli liderin ölkə mədəniyyətinə verdiyi töhfələrdən, bu sahəyə ayırdığı xüsusi diqqətdən və Azərbaycan mədəniyyətində Heydər Əliyevin sonsuz xidmətlərindən bəhs edərək könüllü gəncləri bir daha məlumatlandırıblar.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin və “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının istedadlı könüllüləri ulu öndər Heydər Əliyevin sevdiyi milli musiqilərimizdən ibarət ifalar və rəqslər ilə tamaşaçıların qarşısında məharətlərini sərgiləyiblər.

2018-ci ildən etibarən ənənəvi olaraq hər il Beynəlxalq Könüllülər Günü çərçivəsində “Azərbaycan könüllülük Həftəsi” keçirilir. Öncəki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanaraq, könüllülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir