Baku TV-nin “Qarabağ xronikası” verilişinin 126-cı buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar nəticəsində 32 erməni hərbçisinin sərbəst buraxılması əvəzində əsirlikdə qalan iki Azərbaycan hərbçisinin azad edilməsi mövzusuna toxunub.
F.İsazadə bildirib ki, Azərbaycanla Ermənistan arasında bu razılığın əldə edilməsi sosial şəbəkələrin erməni seqmentinə məxsus bəzi “Telegram” kanallarını lərzəyə gətirib:
“Onlar Çaylaqqala və Köhnə Tağlar ərazisində ələ keçirilən terrorçuların Azərbaycan hərbçilərinə müqavimət göstərmədiklərini rəhbər tutaraq bu şəxslərin xüsusi xidmət orqanları tərəfindən ciddi sorğu-suala cəlb edilməsini tələb edirlər. Bu hal da erməni hərbçilərinin Azərbaycan ərazisinə hansı məqsədlə göndərildiklərini açıq-aşkar sübut edir”.
Qeyd edilib ki, bu razılaşma Azərbaycan hökumətinin vətəndaşına verdiyi qiyməti ortaya qoyub:
“Digər tərəfdən rəsmi Bakının bu qərarını sülh istiqamətində Azərbaycan tərəfindən atılan iri addım kimi də dəyərləndirmək olar. Ermənistanın bu kompromisə cavabının nə olacağını isə zaman göstərəcək”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.RIA24.az