“İndiyə qədər 30 qadın dini ayinlərin icraçısı təyinatı alıb”.
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, onlar qaydalara uyğun olaraq müsahibədən keçiblər.
“Müsahibədən keçdikdən sonra müvafiq məscidlərə təyinatları verilib. Bu cür təyinatlar, əsasən, cümə məscidlərinə verilir. Qadın dini ayinlərin icraçısı heç də məsciddə dini ayinləri icra edən şəxs deyil. Yəni imamlıq funksiyasını yerinə yetirmir. İmamın tapşırığı ilə məscidə gələn qadınların dinlə, islamla bağlı suallarını cavablandırır”.
Aysel Aslan
www.RIA24.az