“Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Nazirinin ofisinin bu yaxınlarda münasibətləri normallaşdırmaq niyyəti ilə bağlı birgə bəyanatı regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansdır”.
Bunu Kiprin müdafiə naziri Mixalis Yorqallas Lefkoşada (Nikosiyada) erməni həmkarı Suren Papikyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu irimiqyaslı təşəbbüs regionda çoxdan gözlənilən, beynəlxalq hüququn prinsiplərinə hörmətə və xüsusən də suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülhə nail olmaq üçün tarixi şansdır”, – M.Yorqallas bildirib.
Mənbə: TASS
www.RIA24.az