Qazaxıstanın Aktau şəhərində Heydər Əliyevlə bağlı elmi konfrans keçirilib – FOTO

Siyasət


Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində “ümummilli lider Heydər Əliyevin türk dünyasının möhkəmləndirilməsində rolu” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Beynəlxalq münasibətlər və turizm” kafedrasının birgə təşkilatçılığı və Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin, Azərbaycandan gələn qonaqlar, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Yessenov Universitetinin prezidenti Berik Ahmedov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulayıb.

Konfransda Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elçin Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov çıxış ediblər. Heydər Əliyevi ölkəmizin və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu adlandıran natiqlər onun həyat və fəaliyyətinə diqqəti cəlb edib, ulu öndərin mühüm xidmətlərindən söz açıblar.

Elmira Axundova görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb və qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabını təqdim edib.

Sonra “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professoru Əhməd Demeyevin “Qazaxıstan-Azərbaycan: birgə gələcəyə doğru” mövzusunda məruzəsi dinlənilib.

Konfransdan sonra qonaqlar “Azərbaycan Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir