İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” QHT-nin rəhbəri, Britaniya vətəndaşı Məhəmməd Rəbbani “azadlıqlar ölkəsi” Fransanın tələbi ilə “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmayıb.
Tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub. Rəbbani bu barədə sosial şəbəkədə məlumat verib.
“Cenevrə hava limanına enməyimdən altı saat keçdi. Aeroportdan çıxmağıma icazə verilmir, bu da BMT-nin mənzil-qərargahında keçirilən konfransda çıxış etməyimə mane olur. Xüsusilə belə beynəlxalq forumlarda qeyri-hökumət təşkilatlarının iştirak azadlığının məhdudlaşdırılması tamamilə qəbuledilməzdir. Bu, sadəcə müdaxilə deyil, hökumət qurumlarının tənqidi səsləri susdurmaq və özlərini hesabatlılıq səylərindən qorumaq taktikasıdır. Bu pozuntuya etiraz etmək üçün mütləq vəkillərin köməyindən istifadə edəcəyəm. Bu cür taktikalar bizim qətiyyətimizi zəiflətməyəcək, əksinə ədalət üçün səsimizi gücləndirəcək”, – deyə o yazıb.
Rəbbani tərəfindən paylaşılan mesajda Fransa tərəfinin tələbi ilə konfransda iştirakına icazə verilmədiyi qeyd edilir. Hüquq müdafiəçisinin vəkilinin qanuni tələblərinə baxmayaraq, İsveçrə polisi onu azad etməkdən imtina edir.
Xatırladaq ki, bir müddət əvvəl Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın vizası olmasına baxmayaraq, bu ölkəyə buraxılmamışdı. Üstəlik, o, bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən qovulmuşdu.
1/ It’s been 6 hours since I landed at @GeneveAeroport. I’m still detained, obstructing me from speaking at conference at @UNGeneva HQ. Border police, though professional, are as baffled as I am. Despite clearances obtained by my lawyers from a week prior, here I am. Puzzling 🤔 pic.twitter.com/zPpnHD2yGx
— Muhammad Rabbani (@rabbanitweets) December 13, 2023
www.RIA24.az