“Ömürlük həbs qərarının verilməsinin üzərindən 24 saat keçməmiş Hüseynin azadlıq xəbərini alanda qanad açıb uçurdum”.
Bu sözləri əsirlikdən azad olunan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
O, övladının erməni əsarətindən azad olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Səkkiz ay bizə 800 il oldu. Hər dəfə Hüseynlə Aqşinin videolarına baxanda, məktublarını oxuyanda ömrümüzdən ömür getdi. Hər iki uşaq əsir düşdüyü gündən evlərimizdə qazan qaynamayıb. Bizim yemək bişirib yeməyə həvəsimiz olmayıb. Çünki deyirdik ki, görəsən, onlar nə yeyirlər, nə içirlər. Mən çox çay içən insanam, amma Hüseyn əsir düşən gündən çayımı heç vaxt axıra kimi içə bilməmişəm. Biz iki ana ancaq dərmanla yaşamışıq”.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az