“Qərb Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxarmağa çalışır” – RƏY + FOTO

Siyasət


“Ermənistan beynəlxalq güclərin poliqonuna çevrilib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Ermənistan poliqona Qərbin mövcudluğunu artırmaqla çevrilir.

“İlk olaraq onu qeyd edim ki, Avropa İttifaqının missiyasının genişləndirlməsinə icazə verilməsi Ermənistanın suveren hüququdur. Rəsmi İrəvan Qərbin mövcudluğunu artırmaqla ölkəni beynəlxalq güclərin poliqonuna çevirir. Qərb çalışır ki, Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxartsın və mövqe üstünlüyünə sahib olsun.

Qərb çalışır ki, Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxartsın və mövqe üstünlüyünə sahib olsun”.

Onun sözlərinə görə, Qərbin dəstəkləyərək hakimiyyətə gətirdiyi Paşinyan da qərbyönümlü siyasəti genişləndirir və ölkəsinə kənar güclərin gəlməsinə və artmasına imkan yaradır:

“Amma rəsmi İrəvan başa düşmür ki, onun iqtisadiyyatı və müdafiəsi Rusiyanın əlindədir və qərbyönümlü hərəkətləri ilə Rusiyanı ölkədən çıxartmaq qeyri mümkün olacaq. Belə ki, 1991-ci ildən bu günə qədər Ermənistanın sərhədlərini Rusiya Federal Xidməti və sərhədçiləri tərəfindən qoruyur. O cümlədən Gümrüdəki 102-ci hərbi bazasının uzunmüddətli mövcudluğu ilə bağlı Ermənistanla Rusiya arasında saziş var və bu sazişi Ermənistan birtərəfli şəkildə poza bilməz”.

A.Badamov hesab edir ki, Rusiya Ermənistanın qərbyönümlü addımlarına görə hələ ki, ciddi tədbirlər görməsə də, iki ölkə arasında idxal-ixrac əməliyyatlarında müvəqqəti qadağalar tətbiq etməklə öz siqnallarını ötürür. Əgər Ermənistan rəhbərliyi Rusiyanın iqtisadi müstəvidə göndərdiyi mesajlardan nəticə çıxartmazsa, daha böyük təzyiqlərlə üzləşəcək.

Deputatın qənaətincə, Aİ-nın missiyasının genişləndirilməsində digər bir məqsədi isə İrana əzələ nümayiş etdirmək və sərhəddən kəşfiyyat məlumatları toplamaqla bağlıdır:

“Bilirik ki, İran Qərbin sanksiyaları altındadır və çalışır ki, ona təzyiqlərini artırsın. Rəsmi Tehran Ermənistanın bu xain hərəkətlərini görür və hələ ki, müşahidə etmək mövqeyini sərgiləsə də, yaxın gələcəkdə ciddi addımların atılacağı gözləniləndir. Belə addımları ilk növbədə Ermənistanı təcridetmə ilə müşahidə olunacağı hesab edirəm”.

O əlavə edib ki, Ermənistan İrandan qaz alır, ona elektrik enerjisini satır və bu da İranın əlində Ermənistana təzyiq üçün önəmli aktdır. Digər bir məsələ Ermənistanın quru yolla dünya ilə bağlantısı İran və Gürcüstan üzərindən həyata keçirilir:

“Rəsmi İrəvan Qərbin öz ərazisində mövcudluğunu genişləndirdikcə İranın quru yolda da maneələr yaradacağı gözlənilir. Beləliklə, nəticə olaraq Ermənistan rəhbərliyi Qərbin öz ərazisində mövcudluğunu artırmaqla, həm öz ölkəsini fəlakətə sürükləyir, həm də regiona sülh və əməkdaşlığın gəlməsinə maneə yaradır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir