“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2024-cü il üçün gənclər əməkdaşlığının həyata keçirilməsi haqqında Əsas Fəaliyyət Planı” imzalanıb.
“Report” xəbər verir ki, sənəd Bakıda işçi qrupunun 4-cü iclasında Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Rusiyanın Elm və Ali Təhsil Nazirliyi arasında imzalanıb.
İclasda Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Xarici İşlər Nazirliyinin, Gənclər Fondunun nümayəndələri və gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Rusiya tərəfindən isə elm və ali təhsil nazirinin müavini Olqa Petrova, Prezident Administrasiyasının rəsmiləri və gəncləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rusiyanın rəsmi qonaqları gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
www.RIA24.az