Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək.
Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq.
Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək.