“Azərbaycanın Serbiya ilə konsulluq sahəsində olan birgə konsultasiyaları davam etdirilə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, iyulun 27-də Azərbaycan-Serbiya hökumətlərarası birgə komissiyasının iclası keçiriləcək.
Nazir qeyd edib ki, Azərbaycan şirkətləri Serbiyada çox ciddi işlər görür.
N.Selakoviç xatırladıb ki, Azərbaycan və Serbiya qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır.