“Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın sülhlə bağlı xoşniyyətli və vacib addımlarına qarşılıq vermir”.
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın yanaşması regionda dayanıqlı sülh və tərəqqiyə zərbə vurur.
“Bu, Ermənistanın özü üçün də zərərlidir”, – deyə C.Bayramov əlavə edib.