Növbədənkənar prezident seçkisi seçici yükünü azaldan proses kimi – ŞƏRH

Siyasət


2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, növbədənkənar prezident seçkisinin elan edilməsi prezidentin konstitusion səlahiyyətidir.

Konstitusiyanın 101-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prezidenti növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisini elan edə bilər.

Yəni Prezident İlham Əliyevin növbədənkənar seçkiləri elan etməsi tam legitimdir. Burada hər hansı qeyri-müəyyənlik axtarmağa ehtiyac yoxdur. Bəziləri növbədənkənar prezident seçkisini xarici faktorlarla əlaqələndirməyə çalışırlar. Bu, yanlışdır, məsələ yalnız Azərbaycanın daxili işidir.

2024-cü ildə Azərbaycanda bələdiyyə, 2025-cü ildə isə parlament seçkiləri keçiriləcək. Bundan başqa, təqvimlə prezident seçkisi 2025-ci ilə təsadüf edirdi. İki il ərzində üç seçki isə dövlət qurumlarının və seçicilərin yükünü ağırlaşdırır. Çünki seçki çətin prosesdir. İndi təsəvvür edin ki, dalbadal seçki keçirilir, onda seçicilər də yorular, dövlət qurumları da səmərəli fəaliyyət göstərə bilməz.

Bu ağırlığı aradan qaldırmaq üçün növbədənkənar seçkiyə ehtiyac var idi. Buna görədir ki, Prezident İlham Əliyev dekabrın 7-də növbədənkənar prezident seçkisi elan etdi.

Mərkəzi Seçki Komissiyası dekabrın 8-də keçirdiyi iclasında növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisini təyin etdi.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını açıqlayıb.

Bu plan Seçki Məcəlləsinin tələbləri ilə tam uyğunluq təşkil edir. Hər bir namizədə qanunla müəyyən edilmiş bərabər imkanlar tanınacaq.

Çünki Azərbaycan demokratik dövlətdir və ölkədə seçki prosesi şəffaf aparılır. Beynəlxalq təşkilatlar buna şübhə ilə yanaşırlarsa, buyurub seçki prosesini müşahidə edə bilərlər.

Bu arada, Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər.

Ümid Partiyası, Haqq və Ədalət Partiyası həmin sırada yer alır. Bu siyahının genişlənəcəyi isə istisna deyil.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir