Son zamanlar mətbuatda Ermənistanın Hindistan istehsalı olan müxtəlif raket sistemlərini almağa maraq göstərdiyi barədə məlumatlar yayılır. Bunu Hindistan və Ermənistan arasında hərbi-texniki sahədə əlaqələrin nəzərəçarpacaq dərəcədə intensivləşməsi sübut edir.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
“Hindistan ermənilərin “Bollivud” silahlarına artan marağını heç bir şəkildə təsdiqləmədən susur. Buna baxmayaraq, Hindistan mediasına sızan fraqmentar məlumatlara görə, aydın olur ki, İrəvan orta mənzilli, “BrahMos” hava raketlərini və yerüstü, qısa mənzilli taktiki “Pralay” ballistik raketlər almaqda qərarlıdır”, – deyə videomaterialda qeyd edilir.
Bu hansı silahlardır? Ermənistana niyə lazımdır? Azərbaycan hansı cavab tədbirləri görə bilər? Süjetdə bu suallara cavab verilir.
www.RIA24.az