“Azərbaycan xalqının yaşadığı qələbə əhvali-ruhiyyəsinə neqativ deyil, pozitiv töhfə verməliyik”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri ilə birgə keçirilən müşavirədə deyib:
“Ola bilər ki, əvvəlki seçkilərdə çatışmazlıqlar olub, amma qələbə bizim üçün də yeni reallıqlar yaradıb. Bizim vəzifə borcumuzdur ki, MSK prosesə əvvəlki illərdən də daha tələbkar, kəskin yanaşsın”, – deyə sədr dairə seçki komissiyalarının sədrlərinə müraciət edib.
Aysel Aslan
www.RIA24.az