“Rusiya tərəfi hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Düşünürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada, əslində, bütün maraq doğuran sualları qaldırmaq mümkündür”, – deyə o bildirib.
M.Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyinə gəlincə isə bildirib ki, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb.
Mənbə: TASS
www.RIA24.az