Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.
O qeyd edib ki, məhz Prezident İlham Əliyevin idarəçilik bacarığı, əzmi sayəsində Azərbaycan dünyada sayılıb-seçilən dövlətə çevrilib:
“İlham Əliyev hər zaman xalq və Vətən yolunda gördüyü xidmətlərlə adını tarixə yazdıra bilib. Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrətamiz bərpa-quruculuq işini davam etdirir. Söz sahibi dövlət olmaqdan qürur duyuruq”.
www.RIA24.az