Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub – FOTO

Siyasət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir