“THK-nın (Türk Hava Kurumu) əlində buralarda rahat istifadə ediləcək təyyarələr yoxdur”.
“Haber Global” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, Azərbaycan da Türkiyəyə amfibiya (yanğınsöndürən) təyyarə göndərəcək:
“Bu gündən təyyarələrimizin sayı 5-6-ya çatıb. Rusiyadan, Ukraynadan aldığımız təyyarələr var. Azərbaycan da amfibiya təyyarə göndərəcək. Bununla birlikdə 6-7 təyyarə olacaq”, – deyə Türkiyə lideri qeyd edib.