Azərbaycan XİN Türkiyəyə başsağlığı verib – FOTO/VİDEO

Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsi hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi terrorla mübarizədə də Türkiyənin yanındayıq”.

 

www.RIA24.az