Alyaska Universitetinin professoru: “Azərbaycanın gələcəyi bərpa olunan enerji mənbələrindədir”

Siyasət


“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) eksklüziv qlobal forumdur və orada qəbul edilən qərarlar, nəticədə uğur qazanmaq üçün bütün tərəflər üçün məcburi olmalıdır”.

Bunu “Report”a açıqlamasında Alyaska Ferbenks Universitetinin Geofizika institutunun professoru Uma Bhatt deyib.

“Hesab edirəm ki, COP konfransları vacibdir, çünki biz qlobal razılaşmaları belə edirik. Bu həllərin effektiv olması üçün hər kəsi işə cəlb etməliyik. COP28-də bununla bağlı əldə edilən irəliləyiş diqqətəlayiqdir”, – o bildirib.

Professorun fikrincə, bəşəriyyət bioloji növlərimizi və Yer kürəsini qorumaq üçün qalıq yanacaqlardan imtina etməlidir:

“İndi bizim əsas enerji mənbəyimiz olan qalıq yanacaqlardan daha sürətli uzaqlaşmaq üçün texnologiyamız var. Tərəqqiyə mane olan keçid dövründə qazanclarını itirəcəklərindən qorxan müəssisələrdir. Bu, Dubayda keçirilən COP28-də aydın oldu”.

U.Bhatt vurğulayıb ki, neft sonsuz resurs deyil və tükənəcək, ona görə də bu müəssisələr enerji əldə etmə üsullarını dəyişsələr, bu, onların uzunmüddətli mənfəətləri üçün daha yaxşı olar:

“Qalıq yanacaqlardan uzaqlaşmaq üçün qaydalar hazırlayarkən, hazırkı fəlakətli vəziyyətin mənbəyi olmamasına baxmayaraq, bu planın iqlim dəyişikliyinin nəticələrindən ən çox əziyyət çəkən ölkələr üçün ədalətli olması vacibdir. Biz bunu qalıq yanacaqlara vergi tətbiqi ilə edə bilərik. Beləliklə, ən böyük istehlakçılar ən yüksək vergiləri ödəyəcəklər, bu, ədalətlidir. Biz həmçinin hökumətlərin qalıq yanacaq sənayesinə verdiyi və üstünlüklərini qoruyub saxlamağa kömək olan çoxsaylı subsidiyaları ləğv etməliyik. Biz qalıq yanacaqlara subsidiya verməməliyik. Günəş və külək enerjisi istehsalının qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb və vergi gəlirləri inkişaf etməkdə olan ölkələrdə qalıq yanacaq istifadəsini azaltmaq, eləcə də, bərpa olunan enerjidən istifadəni artırmaq üçün lazımdır”.

O, həmçinin əlavə edib ki, Azərbaycanın gələcəyi bərpa olunan enerji mənbələrində, günəş və küləkdədir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir