NATO Azərbaycan-Ermənistan normallaşması üçün səyləri dəstəkləyir

Siyasət


“Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı NATO nikbindir”.

Bunu Gürcüstanın “Pirveli Arxi” (“Birinci Kanal”) telekanalına müsahibəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

O xatırladıb ki, Skopyedə Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

“Bizim fikrimizcə, baş verənlər çox yaxşıdır. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, həm ABŞ, həm də Aİ-dən gələn normallaşmaya yönəlmiş səyləri, eləcə də İrəvan və Bakının ikitərəfli səylərini dəstəkləyir”, – Kolomina deyib.

O, əmin edib ki, NATO təkcə alyansın Gürcüstanda gördüyü işlər çərçivəsində deyil, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının regiona gətirə biləcəyi sabitlik naminə Qafqazda sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir