Mirzoyan: “Sülh müqaviləsinə xəritələrlə bağlı bəndin əlavə edilməsi mümkündür”

Siyasət


Azərbaycanla sərhədin delimitasiyası prosesinin proqnozlaşdırıla bilən olması son dərəcə vacibdir.

Ermənistan mətbuatının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Mirzoyanın sözlərinə görə, delimitasiya prosesinin proqnozlaşdırıla bilən olması və onun əsaslarının sülh müqaviləsində təsbit edilməsi erməni tərəfi üçün mühüm əhəmiyyət kəsb edir.

“Sazişin yekun mətni yoxdur. Hazırda bura xəritələr haqqında bəndin daxil edilməsinin mümkünlüyü müzakirə olunur. Bu, delimitasiyanın prinsiplərini və proqnozlaşdırıla bilənliyini təmin etmək cəhdi kimi qiymətləndirilməlidir”, – Mirzoyan bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir