“Azərbaycan 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəliyə aparacağına inanır. Amma 2024-cü ilin ikitərəfli gündəliyi barədə məlumat vermək erkəndir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan Azərbaycana sülh planını təqdim edib.
“Azərbaycan həmin plana cavabını verib. İnanırıq ki, növbəti ildə ikitərəfli təmaslar nəticəsində sülh gündəliyi irəliyə aparılacaq”, – deyə nazir əlavə edib.
www.RIA24.az