“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.
Qanuna əsasən, bu müddət 11 ildən 14 ilədək uzadılıb. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.
www.RIA24.az