Türkiyəli nazir Azərbaycana təşəkkür etdi – VİDEO

Siyasət

Bədənləri ilə, bütün canları və ruhları ilə bu işin içindədilər. Cənab nazir müavinin dünən söylədiyi bir söz əslində hər şeyi ifadə edir. Dünən keçirilən koordinasiya toplantısında cənab nazir müavinimiz Etibar bəy dedi ki, “yanan hər ağac Azərbaycanda yaşayan qardaşlarımızın da ciyərini yandırır”.

Bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu meşə yanğınları ilə mübarizədə Azərbaycanın dəstəyi barədə mətbuata açıqlamasında qeyd edib.

“Yəni ki, eyni hisləri yaşayırıq. Burada qarşılaşdığımız prosesdə qardaşlarımız da “biz nə edə bilərik?” dedilər. Burada həqiqətən onların cəsarətini, ortaya qoyduqları alicənablığı, işbilən və texniki qabiliyyətləri yüksək olan davranışlarını qeyd etmək istəyirəm. Həm insan gücü, həm də texnika gücü ilə Azərbaycanı burada görürük”, – deyə S.Soylu bildirib.

Türkiyəli nazir həmçinin qeyd edib ki, bütün müdaxilələrə baxmayaraq meşə yanğınları Kəmərköy İstilik Elektrik Stansiyasına keçib. Lakin uğurlu müdaxilədən sonra yanğının qarşısı alınıb.

“Burada Yeniköy İstilik Elektrik Stansiyası var. Yanğının buraya da keçməməsi üçün havadan və qurudan bütün tədbirləri görürük. Etibar bəy və bütün dostlarımız koordinasiyalı şəkildə bunu həyata keçirirlər. Allah çox şükürlər olsun ki, belə dostlarımız var”, – deyə Süleyman Soylu vurğulayıb.

Daxili İşlər naziri həmçinin Azərbaycana öz təşəkkürlərini də çatdırıb:

“Burada təkrarən cənab nazir müavinimizə, buradakı heyətə və bütün Azərbaycan xalqına, cənab Prezidentə və hökumətə, hər kəsin qarşısında bir daha çox təşəkkür edirik. Azərbaycan bizə eyni zamanda hava vasitələri baxımından da çox dəstək verir. Bunların hər biri bizim üçün çox dəyərlidir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir