Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57%-lik törəməsi olan “SOCAR Polymer” MMC 277,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bu, 2022-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 103,7 milyon ABŞ dolları və yaxud 59,5% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib.
www.RIA24.az