“Seçki prosesinə gənclərin cəlb edilməsi üçün addımlar gücləndirilib”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, təkcə gənclərin deyil, qadınların da seçkidə fəallığı üçün addımlar atmaq, çağırışlar etmək lazımdır:
“Xüsusilə, dairə seçki komissiyalarında bununla bağlı problemlər var. Düşünürəm ki, qadınların seçkidə iştirakı ilə bağlı da maarifləndirmənin gücləndirilməsinə ehtiyac var”.
Aysel Aslan
www.RIA24.az