Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Laçının əsl sahibləri – doğma yurdlarına qayıtmış sakinlər tərəfindən qeyd edilib. Otuz bir illik yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan laçınlıların bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri 2024-cü ili 1555 nəfər doğma sakini ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil edilən konsert proqramı, yarmarka və bir-birindən maraqlı tədbirlər sakinlər üçün əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Laçın səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.
Qeyd edək ki, hazırda Laçında 408 ailə yaşayır.




www.RIA24.az