Azərbaycanın ABŞ-dəki səfirliyində seçki məntəqəsi yaradılması üçün intensiv işlər görülür

Siyasət


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirakı üçün hazırlıqlar davam edir.

“Report”un ABŞ bürosu xəbər verir ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəliklərində, səfirlik və konsulluqların inzibati binalarında seçki məntəqələrinin yaradılması üçün intensiv işlər görülür.

Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edərək onların seçici siyahısına əlavə olunmaları məqsədi ilə özləri haqqında məlumatlar təqdim etmələrini xahiş edib.

Paytaxtla yanaşı, Nyu-York və ətraf bölgələrdə yaşayan həmvətənlərimizin də Azərbaycanın Vaşinqtondakı səfirliyində qurulacaq seçki məntəqəsində səs verəcəyi güman edilir:

“Bu səpkidə işlər davam edir. Los-Ancelesdə fəaliyyət göstərən konsulluq da yaxın günlərdə həmin bölgədə qurulacaq səsvermə mərkəzinin fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat verəcək”.

Qeyd edək ki, bu ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir