Azərbaycan XİN Yaponiyaya başsağlığı verib – FOTO

Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyaya başsağlığı verib.

Bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir