Məzahir Pənahov diplomatik nümayəndəliklərdə yaradılan seçki məntəqələrinin sayını açıqladı

Siyasət


“Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində soydaşlarımızın səs verməsi üçün 49 məntəqə yaradılıb”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Məzahir Pənahov Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün xarici ölkələrdən və təşkilatlardan müraciətlər daxil olduğunu da deyib.

Qeyd edək ki, 2024-cü ilin fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir