Ərdoğan Türkiyədə diplomatik fəaliyyəti başa çatan Azərbaycan səfirini qəbul etdi – FOTO

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycan səfiri Xəzər İbrahimi qəbul edib.

Bu barədə Xəzər İbrahim “Twitter” hesabında paylaşım edib.

“Qardaş Türkiyədə Azərbaycanın səfiri kimi fəaliyyətdə olduğum dövrdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan əvvəl də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, cənab Prezident!”, – deyə görüşdən fotonu paylaşan Xəzər İbrahim qeyd edib.

Xatırladaq ki, Xəzər İbrahimin Türkiyədəki diplomatik missiyası başa çatıb və o, Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir