XİN-dən Pakistana təbrik mesajı – FOTO

Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Pakistan İslam Respublikasının Müstəqillik günü münasibətilə qardaş Pakistan xalqına və Pakistan hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq”, – XİN-in məlumatında deyilir.