EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır – YENİLƏNİB + FOTO

Siyasət


Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, müzakirələr EBRD-nin Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.

“Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, – M. Cabbarov deyib.

Y. Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə edir: “Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.

Görüşdə Bankın dəstəyi ilə ölkədə həyata keçirilən layihələr, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlığın perspektivləri və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

18:46

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb

“EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə tərəfdaşlığı, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik”, – nazir qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir