Prezident: “İlk hədəfimiz Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi idi, indi yeni hədəflərimiz var” – VİDEO

Siyasət

“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Ancaq bir çox ölkələr bunu görmək istəmirlər. Cəmi 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi zamanı bildirib.

“Erməni soyqırımı”nı tanıyanlar Xocalını tanımaq istəmir. Saxta tarixi qəbul edir, ancaq real soyqırımı görməzdən gəlirdilər. Bu, ədalətsizlikdir. Biz bu ədalətsizliklə çoxdan yaşayırıq, buna öyrəşmişik və təəccüblənmirik.

Bizim ilk hədəfimiz Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu tarixi missiya idi. Biz gecə-gündüz bu hədəfə doğru gedirdik. İndi isə yeni hədəflər var. Qazanılmış zəfərimizi möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, Ermənistandakı revanşist qüvvələrə imkan verməmək”, – deyə dövlət başçısı bildirib.

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir