Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun “Economist” jurnalına ünvanladığı məktubu dərc edilib. Məktubda 1 yanvar tarixində “Economist” jurnalının nəzdində fəaliyyət göstərən “1843” onlayn nəşrdə dərc edilmiş Wendell Stavensonun müəllif məqaləsinə etiraz edilib.
Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, erməni separatçıların Azərbaycan tərəfindən göndərilmiş yükləri və yardımları qəbul etməkdən, Azərbaycanın suverenliyini tanımaqdan imtina etməsini müəllif məqaləsində düzgün qeyd edib. Halbuki beynəlxalq hüquq bu əraziləri Azərbaycan torpağı kimi tanıyır və buna riayyət etməyi tələb edir.
Bildirilib ki, 1990-cı illərdə yüzminlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini müəllifin özünün də etiraf etməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalını müəllif aydın şəkildə izah etməli idi. Diqqətə çatdırılıb ki, erməni separatizmi Sovet İttifaqının son illərində qurulmuş bir layihə idi və bu kimi separatçı rejimlər Avrasiyanın digər yerlərində də təkrarlanmışdır.
Ukrayna müharibəsilə bağlı davamlı məqalələr ilə çıxış edən və etnik separatizmin nəticələrindən yaxşı məlumatlı olmasına baxmayaraq, müəllifin bu məsələdə Azərbayanla bağlı fərqli mövqe nümayiş etdirməsininin təəccüb doğurduğu qeyd edilib.
Azərbaycan və Ermənistan münaqişəni arxada qoyub davamlı sülh naminə tarixi addımlar atdığı bir zamanda keçmiş münqaişəyə həsr edilmiş məqalənin yazılmasının təəssüf doğurduğu və pozucu xarakter daşıdığı vurğulanıb.
www.RIA24.az