Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri çərçivəsində Kəlbəcərdəki arıçılarla görüşüb, onların vəziyyəti ilə maraqlanıb.
Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.
“Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ixrac edəsiniz”, – deyə Prezident qeyd edib.
Görüş zamanı arıçılar Prezidentə Kəlbəcər balı hədiyyə ediblər.
Paylaşımı təqdim edirik: