Prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb

Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

​Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00 aralığında seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Prezident seçkisi Azərbaycanın Çindəki səfirliyindən başlayaraq ABŞ-nin Los Anceles şəhərindəki Baş Konsulluqda tamamlanacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir