“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir.
Bundan öncə, 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında həyata keçirilirdi.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
www.RIA24.az