Prezident: “Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcək” – VİDEO

Siyasət

“Yolumuz işğaldan azad edilmiş Kəlbəcərədir. Ömər Aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikildikdən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik. Bu gözəl mənzərələr göz oxşayır. İndi Kəlbəcərin mənzərələri daha da gözəldir. Yolumuza davam edirik”. 

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib. 

“Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi zəfər münasibətilə təbrik etmək istəyirəm. Müharibədən sonra Kəlbəcərə ilk səfərim olacaq. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” – deyə dövlət başçısı qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir