Mikayıl Cabbarov: “Azərbaycan COP29-un ev sahibi kimi gözləntilərin olduğunu anlayır” – FOTO

Siyasət


“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi müəyyən gözləntilərin olduğunu anlayır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.

Nazir qeyd edib ki, COP28 sayəsində enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin həcminin artırılmasına yönələn diqqət və digər nüanslar uğurdur:

“Prosesi eyni formada uğurla həyata keçirmək məsuliyyətdir. Burada əsas məsələ maliyyələşdirmə mexanizmlərinin təminidir ki, bu da son dərəcə əhəmiyyətlidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir